Sərhədlər müəyyən edilməyənə qədər “Ermənistan” deyilən ərazi bizim ərazi sayıla bilər – Deputatbackend

Sərhədlər müəyyən edilməyənə qədər “Ermənistan” deyilən ərazi bizim ərazi sayıla bilər – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan bizim 86.600 km2 ərazimizi tanımayınca, biz də Ermənistanın 29.743 km2 ərazisini tanımayacağıq”.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili çıxış edib.

O, sosial şəbəkə hesabında yazıb:

“Hazırda Ermənistan nəzarətində 125 kv.km -ə yaxın ərazimiz qalıb (anklav kəndlər – Qazaxın və s.).

Tanınmayan sərhədlərdə kimin hansı ərazidə dayanması artıq texniki məsələdir, beynəlxalq qanunlara heç bir aidiyyatı yoxdur.

Beləliklə, iki ölkə arasında sülh müqaviləsi imzalanmayana, sərhədlər müəyyən edilməyənə qədər ”Ermənistan” deyilən ərazi bizim ərazi sayıla bilər, çünki o ərazilərdə daim azərbaycanlılar yaşayıb. Ermənilər tarixi seçim qarşısındadırlar: “To be or not to be” (Olum ya ölüm).

Azərbaycan sülh, ləyaqətli həyat və qarşılıqlı hörmətin hökm sürdüyü bir Qafqaz istəyir və onu dizayn etməkdədir”.