“Bu gün Qəzzadakı dəhşəti təsvir etməyə söz qalmayıb”.
NOCOMMENT.az xəbər verir ki, bunu Sərhədsiz Həkimlər Təşkilatının (MSF) Fələstin missiyasının tibbi koordinatoru Quillemette Tomas deyib.
Qəzzada fələstinlilərin qidaya çatmaqda çətinlik çəkdiyinə diqqət çəkən Tomas, oradakı insanların qida üçün ən elementar ehtiyaclarını belə ala biləcək maddi imkanlarının olmadığını qeyd edib.
Humanitar yardımların paylanması üçün bölgə xalqına çata bilmədiklərini izah edən Tomas, “Humanitar yardımların artırılması lazımdır, lakin humanitar yardım edənlər işləyə bilməlidirlər, lakin bu gün vəziyyət belə deyil”.