“Tahir İmanov, Allah qardaşına rəhmət eləsin. Məsələ budur ki, dərd çəkməkdən çox yaltaqlandığını hiss edirik. Yumor çox ciddi silahdır. O, gücə quyruq bulayanda təlxəkliyə çevrilir. Lütfən özünə və qardaşının ruhuna hörmət elə. Tənqidi fikirlərə gəlincə, sadə bir şeydir… Molla hamımız üçün soruşacaq: halallıq verirsiz? Şəxsən mən Cabir İmanova halallıq verirəm, istedadlı adam idi, tanrı səhvlərini bağışlasın”
NOCOMMENT.az xəbər verir ki, bunu yazıçı Şərif Ağayar KONKRET.az – a bildirib.
“Haqqını halal eləməyənlər də var və əsaslandırırlar… Arqumentlərə cavab verin lütfən… Nə dırnaqarası jurnalistlər? Video var, fakt var, Şuşa ilə “risovka”lıq eləmək xilas yolu deyil axı. A kişi, qardaşın ölüb e sənin, bu vəziyyətdə necə yaltaqlanırsan? Hansı şüurdur bu? Utanmırsan? Olmaz, qarabağlı qardaş. Ölüm faktında yaltaqlığa yer yoxdur. Az qala deyirsən ki, uğurlu daxili siyasət nəticəsində qardaşım öldü… Özünü çox alçaltma lütfən. Hacıbala Abutalıbov şarjına çevrilmə. Kədəri adam balası kimi yaşa. Düşün ki, qardaşıma niyə halallıq verməyənlər var? Harda və necə səhv etdi? Həyasızlıq eləmə. Ayıbdır, əzizim. Utan azca. Çox pis görünür e kənardan… Vallah…”, – o qeyd edib.