Serj Sarkisyan boykot edir, kürəkəni isə seçkilərə qatılırbackend

Serj Sarkisyan boykot edir, kürəkəni isə seçkilərə qatılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, o, bu məqsədlə artıq “Mənim Ermənistanım” adlı partiyasını qeydiyyatdan keçirib.

Partiyanın sədri isə Narek Simonyandır. O, məlumatı təsdiqləyib. N.Simonyanın sözlərinə görə, “Mənim Ermənistanım”ın konfransı 2020-ci ilin noyabrın 30-da keçirilib.

Xatırladaq ki, M.Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkənidir. Sabiq səfir baş nazir Nikol Paşinyanı müxtəlif məsələlərdə, o cümlədən siqaret, silah qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edir.

Xatırladaq ki, S.Sarkisyan parlament seçkilərinə qatılmayacağını, tərəfdarlarını Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanetsyanı dəstəkləməyə çağıracağını bildirmişdi.