Serj Sarkisyan Medvedyevə şikayətləndi: Qərarım doğru idi…backend

Serj Sarkisyan Medvedyevə şikayətləndi: Qərarım doğru idi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı qərarım doğru idi”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti, Respublika Partiyasının lideri Serj Sarkisyan bu gün deyib.

“İllər sonra əminliklə vurğulaya bilərəm ki, mənim Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı qərarım düzgün idi. Bu gün Ermənistan və Rusiya arasında güclü, reallaşdırılmamış əməkdaşlıq potensialı mövcuddur. Təəssüf ki, Ermənistanın indiki hökumətinin bu istiqamətdəki səyləri də qeyri-kafi, qeyri-effektiv, bəzən isə hətta əksinədir”, – deyə o bildirib.

Qeyd edək ki, Serj Sarkisyan bu sözləri “XXI əsrin qlobal çağırışları. Partiyalararası ölçü” mövzusunda keçirilən beynəlxalq partiyalararası videokonfransda “Vahid Rusiya” Partiyasının lideri, Rusiyanın keçmiş prezidenti və baş naziri Dmitri Medvedyevə müraciətlə deyib.