Serjik Antikorrupsiya Komitəsinə çağırılıbbackend

Serjik Antikorrupsiya Komitəsinə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin Antikorrupsiya Komitəsinə çağırılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu sabiq dövlət başçısının vəkili Amram Makinyan bildirib.

Məlumata görə, S.Sarkisyan komitəyə təqsirləndirilən şəxs kimi çağırılıb.

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin Antikorrupsiya Komitəsinə çağırılması barədə bildiriş alıb.