Sərnişin avtobusu buzlu yolda AŞDIbackend

Sərnişin avtobusu buzlu yolda AŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində keçən hissəsində qəza olub.

NOCOMMENT.az xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan “Hyundai” markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus yolun buz bağlaması səbəbindən aşıb.

Belə ki, qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb. Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.