Sərnişin avtobusu yandı – sərnişinlər çətinliklə xilas olldularbackend

Sərnişin avtobusu yandı – sərnişinlər çətinliklə xilas olldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dəhşətli yanğın hadisəsi baş verdi.

NOCOMMENT xəbər verir ki, Aydının Söke rayonunda sərnişin avtobusunda baş verən yanğında avtobus qırıntı yığınına çevrilib, sərnişinlər özlərini çölə atıblar.

Aydın-İzmir yolunun Söke qovşağında baş verən yanğında Muğla-İzmir arasında sərnişin avtobusu hərəkətdə olarkən naməlum səbəbdən yanğın baş verib.

Alovu görən və böyük şokda olan sərnişinlər həyatlarından qorxaraq avtobusdan düşüblər. 112 Təcili Zəng Mərkəzinə məlumat verildikdən sonra bölgəyə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib. Alov sürətlə bütün avtobusu bürüyərkən, Aydın Böyükşəhər Bələdiyyəsi Xilasetmə Xidmətinin qrupları hadisə yerinə gələrək yanğını söndürüb. Avtobus tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı ölən və yaralanan olmayıb. Hadisə ilə bağlı istintaq davam edir.