Sərnişin təyyarəsi YOXA ÇIXDIbackend

Sərnişin təyyarəsi YOXA ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Cənubi Sulavesi əyalətinin Maros şəhərində “Indonesian Air Transport” şirkətinə məxsus ATR 400 təyyarəsi ilə əlaqə kəsilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Detik” xəbər agentliyi məlumat yayıb.

Axtarış-xilasetmə xidmətinin əməliyyatlar şöbəsinin rəhbəri Andi Sultan bildirib ki, təyyarədə 11 nəfər olub.

“Gəmidə səkkiz heyət üzvü və üç sərnişin var”, – deyə o, dəqiqləşdirib.

Təyyarə Yogyakartadan Makassara gedirmiş. Təyyarənin dəqiq yeri hələ də məlum deyil.

Xilasetmə xidmətlərinin məlumatına görə, əməliyyata 25 nəfər cəlb edilib və axtarış bir neçə mərhələdə aparılacaq.