Sərnişin təyyarəsinin mühərriki havada alov aldı – VİDEObackend

Sərnişin təyyarəsinin mühərriki havada alov aldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Qvadalaxara şəhərindən ABŞ-ın Los-Anceles şəhərinə uçan sərnişin təyyarəsinin mühərriki havada yanıb.

NOCOMMENT.az xəbər verir ki, mühərriki sıradan çıxan təyyarə yerli saatla 22:45 -də Qvadalaxara hava limanına məcburi eniş edib.

Hadisədə heç kimin zərər görmədiyi haqqında məlumat verilib.

“Viva Aerobus” tərəfindən verilən açıqlamaya görə təyyarənin mühərrikində yaranan nasazlıq nəticəsində baş verən metal sürtünməsi qığılcımların çıxmasına səbəb olub. Hər şeyin nəzarət altında olduğunu bildirən şirkət sərnişinlərin bir gecəlik oteldə qonaq edildiyini və səhər saatlarında başqa təyyarə ilə Los-Ancelesə aparıldığını bildirilib.

Jalə Bədirova 

NOCOMMENT.az