Sərnişinlər 160 və 198 nömrəli avtobusların fəaliyyətindən narazıdırlar – VİDEObackend

Sərnişinlər 160 və 198 nömrəli avtobusların fəaliyyətindən narazıdırlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişinlər Bakıdakı 160 və 198 nömrəli avtobusların fəaliyyətindən narazıdırlar.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sərnişinlər dayanacaqda bəzən 1 saata yaxın avtobus gözlədikəırini deyirlər.

Axşam saatlarında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 160 nömrəli avtobusu gözləyən sərnişinlər tərəfindən görüntülər lentə alınaraq “Xəzər Xəbər”in qaynar xəttinə göndərilib.

Bildirilib ki, metronun “Koroğlu” stansiyasından Binə qəsəbəsi istiqamətində hərəkət edən marşrut avtobusunun pik saatlarda intervalı artır. Həmin istiqamətdə sərnişin axınının çox olması isə vəziyyəti daha da çətinləşdirir.

160 nömrəli avtobusun sürücüləri isə bildirirlər ki, 6 dəqiqəlik intervalla xətdə 20-yə yaxın avtobus fəaliyyət göstərir. Onlar gecikmənin səbəbi kimi Binə qəsəbəsi ərazisində yaşanan tıxacın olduğunu bildirirlər.

Eyni problem Sabunçu-Zabrat istiqamətində hərəkət edən 198 nömrəli marşrut avtobusunda da yaşanır. Sərnişinlər iddia edirlər ki, xətt üzrə çox az avtobus fəaliyyət göstərir ki, bu da dəqiqələrlə dayanacaqda gözləmələri ilə nəticələnir.

198 nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobusun sürücüləri isə bildirirlər ki, gecikməyə səbəb qəsəbənin yollarının bərbad vəziyyədə olmasıdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, 160 nömrəli marşrut xəttində 17 avtobus 10 dəqiqə, 198 nömrəli marşrutda isə 6 avtobus 13 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərir. Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı səbəbindən hərəkət intervalında artım müşahidə edilə bilər. Buna baxmayaraq, marşrutlar üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında xətlərə əlavə avtobusların cəlb edilməsi, marşrutların nizamlı fəaliyyətinin təmin olunması ilə əlaqədar daşıyıcılara tapşırıq verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.