Sərnişinlər avtobusların hərəkətini izləyə biləcəkbackend

Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müntəzəm marşrut xətlərinin Vahid Dispetçer Mərkəzinə inteqrasiyası davam edir. Hazırda “Bakı Bus”la yanaşı, özəl daşıyıcılara məxsus olan marşrut xətlərinin hərəkət qrafikini izləyə bilirik.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, əsas məqsədlərimizdən biri müntəzəm marşrut xətlərinin gündəlik hərəkət qrafiki üzrə əldə edilmiş məlumatların sərnişinlərlə bölüşdürülməsidir:

“Bunun üçün müxtəlif alətlər, mobil tətbiqlər, internet portalları, dayanacaqda lövhələr vasitəsilə müntəzəm marşrut xətlərinin hərəkət qrafiki sərnişinlərimizlə bölüşüləcək. Bunun yaxın vaxtlarda həyata keçirilməsi nəzərdən keçirilir”.

Məlumata görə, marşrut xətləri üzrə avtobuslar Bakı Karta inteqrasiya edildikcə, eyni zamanda Vahid Dispetçer Mərkəzinə inteqrasiya edilir:

“Vahid Dispetçer Mərkəzinə inteqrasiya olunduqda artıq biz orda olan marşrutlar üzrə gündəlik xəttə çıxan avtobusların sayı, həmin avtobusların real vaxt rejimində hərəkət vəziyyəti, harda olmaları, hansı intervalla, hansı sürətlə hərəkət etmələri, avtobusların dayanacaqda və dayanacaqdan kənar saxlanılması ilə bağlı bütün hərəkətlərlə bağlı məlumatlar əldə edirik”.