Sərnişinlər sürücüyə qarşı quldurluq edibbackend

Sərnişinlər sürücüyə qarşı quldurluq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda sərnişinlər sürücüyə qarşı quldurluq edib.

NOCOMMENT Report-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, fevralın 20-də saat 22 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində şəhər sakini M.Hümbətovun idarə etdiyi “Khazar” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücünü bıçaqla hədələyərək 215 manatını, mobil telefonunu və avtomobilini quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakinləri Ayşət Tağıyev və əvvəllər məhkum olunmuş Ramin Şalbuzov müəyyən olunaraq saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.