Şərq qanadı təhlükəsizliyi üçün Qərb təyyarələri Polşadabackend

Şərq qanadı təhlükəsizliyi üçün Qərb təyyarələri Polşada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşanın hava məkanına dronların daxil olması ilə bağlı insidentdən sonra Böyük Britaniya və Fransa NATO-nun şərq qanadını gücləndirməyə hazır olduqlarını açıqlayıb və ölkəyə Eurofighter və Rafale qırıcı təyyarələrini göndərəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Seymdə çıxışı zamanı TVP Info telekanalına məlumat verib.

“Fransızlar və britaniyalılar şərq qanadının müdafiəsi ilə bağlı bəyanatlarını Eurofighter və Rafale təyyarələri ilə dəstəkləyirlər”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Niderland da Patriot komplekslərinin üçündən ikisini Polşaya göndərməyi planlaşdırır.