Şərqi Afrika Birliyi qoşunlarını Konqo Demokratik Respublikasından çıxarmağa başladıbackend

Şərqi Afrika Birliyi qoşunlarını Konqo Demokratik Respublikasından çıxarmağa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Şərqi Afrika Birliyi(EAC) Konqo Demokratik Respublikasından qoşunlarını çıxarmağa başlayıb. Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

“Şərqi Afrika Birliyinin (EAC) regional silahlı qüvvələri bazar günü (dekabrın 3-ü) səhər saatlarında Konqo Demokratik Respublikasından qoşunlarını çıxarmağa başladı”, – AFP yerli yerli sözçüsünə istinadən xəbər verib.

Agentliyin məlumatına görə, Keniya, Uqanda, Burundi və Cənubi Sudanın hərbi ordularından ibarət qrup artıq Konqonu tərk edib. Əsgərlər hazırda Keniyanın paytaxtı Nayrobiyə doğru gedirlər.

Konqo Demokratik Respublikası dekabrın 8-dən sonra ölkənin şərqində əsgərlərin olması üçün mandatı yeniləməkdən imtina etdikdən sonra Şərqi Afrika Birliyi qoşunlarını çıxarmaq qərarı qəbul edib.