Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.
Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.
Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.