“Şərur” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.
NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,şirkəti məhkəməyə verən şəxs Tağıyev Həsən Asəf oğludur.
H.Tağıyev məhkəmədə şirkət rəhbərliyi barəsində “Mənzil mübahisələri – Mənzil münasibətləri üzrə sair mübahisələr” iddiasını qaldırıb.
İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Şərur” Mənzil-Tikinti Kooperativin qanuni təmsilçisi “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı Axundov İsfəndiyar Məhəmməd oğludur.