Sərxan tanınmış şəxs tərəfindən ölümlə hədələnir – VİDEObackend

Sərxan tanınmış şəxs tərəfindən ölümlə hədələnir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu işin ciddiyətinə varmırdım. Bəzi təhdidləri eşidəndən sonra Daxili İşlər Nazirliyinə müraciət elədim. Ərizəmi yazıb, onlara verdim. Eyni zamanda Rusiyada qeydiyyatda olduğuma görə, oranın da müvafiq nazirliyinə müraciət elədim. Keçən il müraciətim başqa səpkidə idi, amma indiki müraciətim başqa səpkidədir. Mən üzümü sənə (onu hədələdiyi şəxs – red.) tutub deyirəm… Mənə Nalçik şəhərindən zənglər gəlir. Keçən il Mineralnı Vodı şəhərindən zəng gəldi. Soçi, Krasnodardan da zəng gəldi. Bir sözlə, Rusiyanın bir çox şəhərlərindən mənə zənglər gəldi. Toylara dəvətlər alıram”.

NOCOMMENT.az axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu “Elgizlə izlə” proqramında deyib. Sənətçi bir tanınmış şəxs tərəfindən ölümlə təhdid edildiyini açıqlayıb:

“Məqsəd burada məni öldürmək, güc tədbiq etmək deyil. Burada başqa məsələlər var. İndi bu məsələnin nə olduğu mənə çatıb. Bu ayın əvvəli Rusiyaya gedəndə mənə bəlli oldu ki, məni öldürəcəklər… Böyük məbləğdə toya gedən sənətçi deyiləm. Sən zəng edib deyirsən ki, Sərxanı toya çağırın və biletini də alın. Gələn zəngdə çox gözəl başa düşürəm ki, kim mənə zəng edir. Həmin şəxs saxta toy adı ilə məni Rusiyanın ərazisində deyil, Moskvanın özünə çağırır. Dəvət olunduğum toyun sahibinə isə zəng edirlər ki, Sərxan qanlıdır. Oğluna toy edirsən, qızını ərə verirsən, sənə lazımdır Sərxan kimi problemli adam? Hər an hansısa şadlıq evinin girişində və ya toyun içində Sərxanı vurub gedə bilərlər.

Sərxanla dost olmaya bilərsiniz, amma düşmən olacaqsınızsa, sizə deyim, 25 ilə yaxındır ki, şou-biznesdəyəm. Hələ bu günə qədər Sərxanla dava edib, qalib gələn olmadı. Heç kim də görməyib. Hərə öz işiylə məşğul olsun. Rusiyada Sərxanın ac qalması ab-havasını yaratmaq lazım deyil. Amma siz nə qədər istəsəniz də Allah yox olan yerdən o ruzini mənə yetirəcək. Səni də yoldan çıxaran şeytan əməlidir. Allah səni islah etsin ki, düzgün insan olasan. Sənin adını çəkməyəcəyəm. Srağagün səninlə o söylədiyin məsələlərə görə görüşmədim. Qoy bu məsələ bitsin”.

Sərxan aparıcının “Xanımdır, yoxsa bəy” sualına “Hələ heç özüm də ayırd edə bilməmişəm xanımdır, yoxsa bəy. Hər ikisindən kasaddılar” cavabını verib.