Polşa Futbol İttifaqının İntizam Komitəsi hakimlər Bartoş Frankovski və Tomaş Musialı cəzalandırıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, buna ədalət təmsilçilərinin ictimai asayişi və davranış qaydalarını pozmaları səbəb olub.
Onlar 25 min zloti məbləğində cərimə ediliblər. Referilər 5 aylıq diskvalifikasiya olunublar. Hakimlərə iki il sınaq müddəti də verilib. Bu cür hallar yenidən təkrarlansa, cəzaları 1 illik olacaq.
Qeyd edək ki, Frankovski və Musial Çempionlar Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) matçını idarə etməli idilər. Lakin onlar qarşılaşmadan əvvəlki gecə sərxoş halda polis tərəfindən saxlanılıblar. Bundan əlavə, onlar yol nişanını da oğurlayıblar. UEFA hakimləri başqaları ilə əvəz edib.