Sərxoş keşiş kilsədən qovulubbackend

Sərxoş keşiş kilsədən qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Varmiya-Mazuriya ərazisində maraqlı hadisə baş verib. Camaat keşişin sərxoş olduğunu görüb dəfn mərasimindən qovublar.

NOCOMMENT xəbər verir ki, sərxoş keşiş yepiskop tərəfindən işdən çıxarılıb, mərasimə başqa bir keşiş rəhbərlik edib.

Polşanın şimalındakı Varmiya-Mazuriya ərazisinin Oleçko şəhərində keçirilən dəfn mərasimində gərgin anlar yaşanıb. Dəfn üçün həyatını itirənlərin yaxınları kilsədə olarkən mərasimə rəhbərlik edəcək keşişin gəlmədiyi diqqət çəkib. Daha sonra bir nəfər keşişi maşınla kilsəyə aparıb. Lakin camaat mərasimin başlamasına az qalmış keşişin çox sərxoş olduğunu anlayıb. Bu vəziyyətə qəzəblənən camaat sərxoş kahini kilsədən qovub.