Sərxoş vəziyyətdə törədilən yol qəzalarının sayı açıqlandıbackend

Sərxoş vəziyyətdə törədilən yol qəzalarının sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyun aylarında baş verən bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Dövlət Statistika Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisələrin 70 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.