“Səs” qəzeti bağlanır?backend

“Səs” qəzeti bağlanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səs” qəzeti həftədə bir dəfə çap olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Teleqraf-a qəzetin baş redaktoru Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, heyətlə keçirilən növbəti iclasda restrukturuzasiya, optimallaşma işləri və texniki məsələlər müzakirə olunub və belə qərara gəlinib.

Qeyd edək ki, Bəhruz Quliyev bundan öncə açıqlama verərək, qəzetin fəaliyyətini dayandırdığını bildirmişdi.

***

“Səs” qəzeti bağlanır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev məlumat yayıb.

O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, qəzət 1991-ci ilin yanvar ayından fəaliyyət göstərirdi.