ŞƏT-in Baş katibi Dağıstandakı hadisələrdən şoka düşdüyünü bildiribbackend

ŞƏT-in Baş katibi Dağıstandakı hadisələrdən şoka düşdüyünü bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Zhang Ming Dağıstanda baş verən terror aktından şoka düşdüyünü bildirib və başsağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.

Siyasətçi vurğulayıb ki, terrora heç bir bəraət qazandırmaq olmaz.

Zhang Ming əlavə edib ki, terrorizm, separatizm və ekstremizmə qarşı barışmaz mübarizə ŞƏT-in prioritetlərindən biridir və bu hadisələrin tamamilə aradan qaldırılması üçün səylərini davam etdirəcək.