Səttar Mehbalıyevin diplomat kürəkəni milyonları götürərək ABŞ-a qaçdıbackend

Səttar Mehbalıyevin diplomat kürəkəni milyonları götürərək ABŞ-a qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN Konsulluq İdarəsinin əməkdaşı, İstanbuldakı konsulluğumuzda vəzifə daşıyan Rəşad Eyvazov İstanbuldan ABŞ-a qaçıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə KONKRET.az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Səttar Mehbalıyevin qızı Nigar Eyvazova ilə evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq İstanbuldan ABŞ-a sevgilisi ilə qaçıb.

Özü ilə Mehbalıyevlər ailəsinə aid 3 mln ABŞ dolları da götürüb. Mehbalıyevlər ailəsinin Türkiyədəki biznesi 400 milyon $ qiymətləndirilir.

Bura otellər, villalar, mağazalar aiddir. Türkiyədəki biznesləri S.M.-in həyat yoldaşı rəhbərlik edir. Nigar Eyvazova isə SOCAR Türkiyənin əməkdaşıdır.

Qeyd edək ki, Səttar Mehbalıyev Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun qudasıdır.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.