Səudiyyə Ərəbistanı Həcc ziyarətinə növbəti dəfə qadağa qoyubbackend

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə növbəti dəfə qadağa qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə 60 min nəfərlik say məhdudiyyəti tətbiq edilməklə yalnız ölkə vətəndaşlarına Həcc ziyarətinə icazə verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Həcc və Ümrə Nazirliyi açıqlama verərək bu il iyul ayının ortalarında başlayan həcdə 18-65 yaş arası zəvvarların iştirak edəcəyini bildirib.

“Hər il zəvvarları qəbul etməkdən qürur duyan Səudiyyə Ərəbistanı kralığı bu tənzimləmənin zəvvarların sağlamlığı, təhlükəsizliyi, mühafizəsinə davamlı qayğıdan, habelə onların ölkələrinin təhlükəsizliyindən irəli gəldiyini təsdiqləyir”, – deyə açıqlamada vurğulanır.

Ötənilki həcc ziyarətində xidmət etmək üçün ölkədə yaşayan vur-tut 1000 nəfər xüsusi işçi seçilmişdi. İştirakçıların üçdə ikisi adətən həcc ziyarətində iştirak edən 160 millətin nümayəndələri, üçdə biri isə Səudiyyə Ərəbistanı təhlükəsizlik və tibbi işçiləri olub.

Bütövlükdə həcc ziyarətinə hər il dünyanın müxtəlif ölkələrindən 2 milyondan çox zəvvar gəlirdi.