Səudiyyə Ərəbistanı İsraili quru əməliyyatlarına qarşı xəbərdar edibbackend

Səudiyyə Ərəbistanı İsraili quru əməliyyatlarına qarşı xəbərdar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı mülki insanların həyatı üçün təhlükə olduğuna görə İsraili “hər hansı quru əməliyyatları” keçirməyə qarşı xəbərdar edir. Bu barədə TASS məlumat yayıb.

“Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında həyata keçirdiyi quru əməliyyatlarını pisləyir, çünki bu əməliyyatlar fələstinli mülki əhalinin həyatını təhdid edir, onları daha böyük təhlükələrə məruz qoyur və qeyri-insani şərait yaradır”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.