Səudiyyə Ərəbistanı Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazır olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Krallıq bütün tərəflər arasında əlaqə yaratmaq üçün vasitəçilik səylərini həyata keçirməyə hazırdır”, – Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Əbdül Rəhman bin Süleyman Əl Əhməd TASS-a bildirib.
Daha əvvəl Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak bildirib ki, danışıqlar üçün 2022-ci ilin ərazi sərhədlərinə qayıtmaq lazımdır.
Eyni zamanda, Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd C.D.Vens qeyd edib ki, Ukrayna öz ərazilərinin bir hissəsini Rusiyaya verməli olacaq.