Səudiyyə Ərəbistanı və Çin saziş mzaladıbackend

Səudiyyə Ərəbistanı və Çin saziş mzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin Səudiyyə Ərəbistanına kritik səfər edib.

NOCOMMENT.az xəbər verir ki, iki ölkə liderləri “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalayıblar.

Paytaxt Ər-Riyadda olan Çin Dövlət Başçısı Si Cinpinin Yamame sarayında vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən rəsmi mərasimlə qarşılandığı bildirilib.

Görüş zamanı Səudiyyə Ərəbistanı ilə Çin arasında tarixi dostluq münasibətləri və iki ölkənin ortaq maraqlarına uyğun olaraq münasibətlərin yaxşılaşdırılması yolları müzakirə edilib.

Si Cinpin Səudiyyə Ərəbistanına 3 günlük səfəri çərçivəsində Çin-Ərəb Ölkələri Sammiti və Çin-Körfəz Əməkdaşlıq Təşkilatı Zirvə toplantısında iştirak edəcək, həmçinin Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşlər keçirəcək.