Səudiyyə Ərəbistanı və İran ikitərəfli münasibətlərdə daha müsbət gözləntiləri olduğunu açıqlayıbbackend

Səudiyyə Ərəbistanı və İran ikitərəfli münasibətlərdə daha müsbət gözləntiləri olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iki ölkə arasındakı münasibətlərdə daha müsbət gözləntilərin olduğunu bəyan ediblər.

NOCOMMENT.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Ferhan Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən “BRİKS Xarici İşlər Nazirləri Toplantısı” çərçivəsində İranın xarici işlər naziri Abdullahiyan ilə görüşüb.

Görüş zamanı nazirlər “məsləhət görüşlərinin intensivləşdirilməsi və ikitərəfli əməkdaşlıq yollarının qiymətləndirilməsi” istəklərini ifadə edərək iki ölkə arasındakı münasibətlərdə daha müsbət gözləntilərin olduğunu qeyd ediblər.

Müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını müzakirə edən tərəflər, həmçinin iki ölkə arasında Pekində imzalanmış sazişin həyata keçirilməsi istiqamətində addımların izlənilməsi və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində ikitərəfli işlərin intensivləşdirilməsi məsələsini də müzakirə ediblər.

NOCOMMENT.AZ