Səudiyyə Ərəbistanı və Yaponiya arasında süni intellekt sahəsində əməkdaşlıqbackend

Səudiyyə Ərəbistanı və Yaponiya arasında süni intellekt sahəsində əməkdaşlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında süni intellekt, əşyaların interneti və biometrika sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb.

NOCOMMENT.az xəbər verir ki,Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Yaponiyanın baş naziri Kişida Fumionun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Yaponiyanın informasiya texnologiyaları və texnologiya şirkəti NEC ilə Səudiyyə Ərəbistanı Məlumat və Süni İntellekt Komissiyası (SDAIA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Süni intellekt, əşyaların interneti və biometrika sahələrində əməkdaşlığı əhatə edən razılaşma ilə SDAIA-nın texnoloji həllər sahəsində təcrübə qazanması və Səudiyyə Ərəbistanının 2030-cu il vizyonu çərçivəsində məlumatlara əsaslanan iqtisadiyyatlardakı tərəqqisinə töhfə verməsi gözlənilir.

Yaponiyanın Baş naziri Kişidanın da iştirak etdiyi imzalanma mərasimində sazişi SDAIA-ya bağlı Milli İnformasiya Mərkəzinin direktor müavini Maşari bin İbrahim əl-Meşari və NEC-in top meneceri Naoki Yoşida imzalayıb.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı və Yaponiya bərpa olunan enerji, texnologiya və kənd təsərrüfatı ilə bağlı 26 saziş və protokol imzalayıb.

NOCOMMENT.AZ