Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ən azı 550 zəvvar dünyasını dəyişibbackend

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ən azı 550 zəvvar dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Məkkə şəhərində havanın temperaturunun demək olar ki, 52 dərəcəyə çatması səbəbilə həcc mövsümü zamanı azı 550 zəvvar dünyasını dəyişib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu məlumatı adının açıqlanmasını istəməyən mənbəyə istinadən AFP agentliyi yayıb.

Agentliyin məlumatına görə cəsədlər Məkkədəki ən böyük morqlardan birinə aparılıb və ölənlərin təkcə 323 nəfəri Misir vətəndaşıdır.

İyunun 16-da “Reuters“ İordaniyadan olan 14 zəvvarın öldürüldüyünü, 17 zəvvarın isə itkin düşdüyünü açıqlamışdı. Ölümlər çox vaxt istidən və ya sıxlıqdan qaynaqlanır. Agentliyin məlumatına görə, Məkkədə 1,8 milyondan çox zəvvar var.

Ötən gün İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd də ən azı 11 iranlı zəvvarın öldüyünü açıqlamışdı.