Səudiyyə Ərəbistanından İran qərarıbackend

Səudiyyə Ərəbistanından İran qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Hava Yolları Səyahət və Turizm Agentliklərinin rəhbəri Hörmətullah Rafei Səudiyyə Ərəbistanı ilə əldə olunan normallaşma razılaşması çərçivəsində Səudiyyə Ərəbistanı vətəndaşlarına tətbiq edilən səyahət qadağasının qaldırıldığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, 7 ildən sonra Səudiyyə Ərəbistanı ilə əlaqələrini normallaşdırdıqlarını açıqlayıb.

Rafei Səudiyyə Ərəbistanının öz vətəndaşlarına tətbiq etdiyi “İrana səyahət qadağasının” aradan qaldırılması ilə iki ölkə arasında turizm və qarşılıqlı investisiyaların artacağını bildirib.

O sazişin digər ərəb ölkələrini də əhatə edərək regionda bütün sahələrdə sürətli “normallaşmanın” yaşana biləcəyini qeyd edib.

NOCOMMENT.AZ