Seul Ukraynada əsir düşən şimali koreyalı hərbçilərin müdafiəsini təmin etməyə hazırdırbackend

Seul Ukraynada əsir düşən şimali koreyalı hərbçilərin müdafiəsini təmin etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Ukraynada əsir düşən və cənuba getmək istəyən şimali koreyalı əsgərlərin müdafiəsini təmin etməyə və dəstək verməyə hazır olduğunu bəyan edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Ukrayna qüvvələri tərəfindən əsir götürülmüş şimali koreyalı əsgərlərdən birinin Cənubi Koreyada sığınacaq istəməsi barədə məlumata istinadən bildirib.

KİV-in məlumatına görə, Ri soyadlı şimali koreyalı əsgər Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etdiyini bilmədiyini deyib. Hərbçinin sözlərinə görə, o, təcrübə keçmək adı altında Rusiyaya göndərilib. Əvvəllər Şimali Koreyanın Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədilə təxminən 11 min hərbçi göndərdiyi bildirilmişdi.

“Konstitusiyaya əsasən, Şimali Koreya əsgərləri bizim vətəndaşlarımızdır və onların repatriasiya ilə bağlı azad iradəsinə hörmət beynəlxalq hüquqa və adi təcrübəyə uyğundur”, – nazirlikdən bildirilib.

Seul öz mövqeyini Kiyevə çatdırıb və bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Nazirlik həmçinin vurğulayıb ki, insanlar təqib oluna biləcəkləri yerlərə zorla qaytarılmamalıdır.

Qeyd olunub ki, Şimali Koreyanın iki hərbçisi Rusiyanın qərb sərhədində, Kursk vilayətində döyüşlər zamanı Ukrayna qüvvələri tərəfindən əsir götürülüb. Onlardan biri əvvəllər Cənubi Koreyaya köçmək istədiyini bildirmişdi.

Seul vətəndaşların qəbulu qanunları və əsas prinsiplərinə uyğun olaraq əsgərlərin lazımi müdafiəsini təmin etməyə və dəstək verməyə hazır olduğunu bəyan edib.