Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqladıbackend

Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçmiş həyat yoldaşının yeni ailə qurduğu şəxsə hücum edən 43 yaşlı Rövşən Həmidov (adlar şərtidir) barəsində hökm oxunub. Yasamal Rayon Məhkəməsinin qərarı ilə o, xuliqanlıq cinayətində təqsirli bilinərək həbs cəzasına məhkum edilib.

NOCOMMENT.az xəbər verir ki, hadisə ötən ilin 14 fevral tarixində baş verib. Araşdırmalar zamanı məlum olub ki, Rövşən boşandığı qadınla barışmaq və qızını görmək məqsədilə onların yaşadığı məhəlləyə gedib. Həmin vaxt qadının yeni həyat yoldaşı Cəlal ögey qızını hazırlıq kursundan evə gətirirmiş. Keçmiş arvadının yeni əri ilə küçədə qarşılaşan Rövşən ona bıçaqla xəsarət yetirib.

Məhkəmə prosesində hadisənin təfərrüatları tam aydınlaşıb. Rövşənin boşandığı həyat yoldaşı ilə bir qızı və bir oğlu olub. Boşanmadan sonra qız uşağı anası ilə, oğlan isə atası ilə qalıb. Qadın sonradan Cəlal adlı şəxslə ailə həyatı quraraq birgə yaşamağa başlayıb. Təqsirləndirilən şəxs cinayət başında saxlanılaraq istintaqa cəlb edilib.

Məhkəmənin hökmünə əsasən, Rövşən Həmidov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.(qafqazinfo)