Sevgilisi tərəfindən döyülən məşhur kikboksçunun polisə şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEObackend

Sevgilisi tərəfindən döyülən məşhur kikboksçunun polisə şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın şiddətə məruz qalmasında cinayət tərkibinin olmaması müəyyən edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, vətəndaş Tulin Ələkbərovanın hüquqazidd hərəkətlərə məruz qalması ilə bağlı sosial şəbəkə üzərindən etdiyi müraciət ərazi polis orqanında icraata qəbul olunub.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə keçirilən müvafiq ekspertizanın nəticələri alınıb, tərəflərin ərizə və izahatları qəbul edilib. Araşdırmalar nəticəsində əməldə cinayət tərkibinin olmaması müəyyən edilib.

Xatırladaq ki, kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən dekabrın 27-də səhər saatlarında yarımtikili ərazidə döyülüb. Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb. Nəticədə aralarında mübahisə yaranıb və danışıq qanlı dava bitib.

Həmin görüntüləri təqdim edirik: