Sevgilisindən ayrılan oğlan özünü 17-ci mərtəbədən atdıbackend

Sevgilisindən ayrılan oğlan özünü 17-ci mərtəbədən atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda gənc oğlanın özünü binanın 17-ci mərtəbəsindən atması ilə bağlı detallar məlum olub.

NOCOMMENT.az xəbər verir ki, 27 yaşlı Babayev Mirabdulla Rafiq oğlu sevgilisindən ayrılıb. Son zamanlar onun sevgi münasibətlərində gərginlik olub.

Mirabdullanın məhz bu səbəbdən özünü öldürməsi ehtimal olunur.

İntiharın dəqiq səbəbləri isə Nizami rayon Prokurorluğunda davam etdirilən araşdırmalar nəticəsində bilinəcək.

Qeyd edək ki, paytaxtın Nizami rayonu, Özbəkistan küçəsində Bakı sakini özünü 17-ci mərtəbədən ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az