Sevgilisini öldürən şəxs hakim qarşısına ÇIXARILIRbackend

Sevgilisini öldürən şəxs hakim qarşısına ÇIXARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki uşaq anası olan sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Asəf Cəfərzadənin barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

NOCOMMENT.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, bu il fevralın 7-də Qaradağ rayonu ərazisində 1983-cü il təvəllüdlü Qənaət Fərmanovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənaət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.

Bildirilib ki, Asət Cədərzadə və Qənaət Fərmanova arasında sevgi münasibətləri olub. Qənaət Fərmanova iki uşaq anası olub və marketdə çalışıb.