Sevil Əliyevadan Speys TV-də baş verənlərlə bağlı AÇIQLAMAbackend

Sevil Əliyevadan Speys TV-də baş verənlərlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Space TV-nin sahibi, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.

NOCOMMENT xəbər verir ki, o, bu barədə haqqın.az-a danışıb. Qeyd edib ki, son zamanlar Space TV-nin fəaliyyəti onu da narahat edib.

V.Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib: “Həqiqət budur ki, Speys-in fəaliyyəti, verdiyi məzmun son vaxtlar ciddi narahatlığa səbəb olub. Mən əsasən xaricdə yaşayıram və yalnız Bakıya səfərlərim zamanı kanalın verilişlərini izləmişəm. Ancaq etiraf etməliyəm ki, medianın səhifələrində bəzən çıxan çoxsaylı şikayətlər, sərt tənqidlər tamamilə haqlıdır.

Son illərdə kanalın və verilişlərinin səviyyəsi həddən artıq aşağı səviyyədədir. Qeyri-peşəkarlıq və keyfiyyətsizlikdən qəzəblənən izləyicilərin fikirlərini tamamilə bölüşürəm”.

S.Əliyeva bildirib ki, kanalı quran zaman belə olacağını gözləməyib: “Bütün bunlar Vaqif Mustafayevin Space TV-in rəhbəri vəzifəsindən istefaya göndərilməsinə səbəb oldu. Digər tərəfdən, televiziya kanallarının rəhbərlərinin özlərini prezident adlandırması məni bir qədər narahat edir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən sala bilməzsiniz”