Seyran Ohanyan və həyat yoldaşının əmlaklarına həbs qoyulubbackend

Seyran Ohanyan və həyat yoldaşının əmlaklarına həbs qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş Prokuroluğu keçmiş müdafiə naziri Seyran Ohanyan və xanımının əmlakına həbs qoyub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisi Vaçaqan Kazaryan və ailəsinin əmlakına da həbs qoyulub.

“Onların hamısı araşdırmanın nəticələri ilə tanış olmaq və öz mövqelərini bildirmək üçün prokurorluğa dəvət ediliblər”, – deyə idarədən hansı əmlaka həbs qoyulduğunu qeyd etmədən bildiriblər.

Vurğulanıb ki, prokurorluq Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, oğlu və qızının, Dövlət Əmlak İdarəsinin keçmiş şöbə rəisi, parlamentin keçmiş sədri Qalust Saakyanın oğlunun, keçmiş ətraf mühit naziri Aram Arutyunyan və yaxınlarının əmlaklarının qanuniliyini də yoxlayır.