Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİAbackend

Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax şəhəri, Əhməd Seyidov, 46 ünvanında yaşayan Xədicəxanım Hüseynzadə adlı sakin yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmaması ilə bağlı videomüraciət edib.

NOCOMMENT xəbər verir ki, regionews-a təqdim etdiyi müraciətində o bildirir ki, bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmanları İdarəsindnən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib.

Şikayətçi yaydığı videomüraciətdə iddia edir ki, QMİ-də mühüm vəzifədə çalışan Əlirza adlı şəxs onlara söz verib ki, sənədləşdirilməyə kömək edəcək.

X.Hüseynzadə deyir ki, onlardan 2 min manat pul da tələb olunub: “Əlirza bəyə yoldaşım bal-qaymaq verib. Yoldaşımı aldadıb, deyib ki, narahat olma. Sizin məscidə sənəd alıb verəcəm. Biz təkrar məktub yazıb göndərdik. Allahşükür Paşazadə bizə cavab vermir. Dövlət başçısına da müraciət etmişik. Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?”

QMİ ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istədik. Problemi araşdıracaqlarını bildirsələr də, heç bir cavab olmadı. QMİ-nin mövqeyini dərc etməyə hazırıq.

Sözügedən videomüraciəti təqdim edirik: