KoronaVirus İnformasiya Portalı
Şeyx Nobel mükafatına namizəd oldubackend

Şeyx Nobel mükafatına namizəd oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub.

NOCOMMENT xəbər verir ki, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov mediapost.az-a açıqlamasında bu il Azərbaycandan cəmi bir namizədin təqdim olunduğunu bildirib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də Nobel Sülh mükafatına namizəd göstərilmişdi.

Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.