Şeyx ordenlə təltif olundubackend

Şeyx ordenlə təltif olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın “Dostluq” ordeni ilə təltif olunub.

NOCOMMENT.az xəbər verir ki, iyulun 22-də Gürcüstan Patriarxının iqamətgahında orden Allahşükür Paşazadəyə təqdim olunub.

Bildirilib ki, Gürcüstan Pravoslav Kilsəsi QMİ sədrini xüsusi mükafata şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü, habelə gürcü və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmlənməsinə verdiyi xüsusi töhfələrə görə layiq görüb.

Patriarx II İlya Allahşükür Paşazadəni təbrik edib, onun şüyxülislamlıq fəaliyyətini, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.