Şeyxin qudası: Vasif Talıbovu tanımıram…backend

Şeyxin qudası: Vasif Talıbovu tanımıram…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Seymur Talıbov və Bahar Talıbovaya Bilgəh qəsəbəsində hərəsinə ayrı-ayrılıqda 55 sot, ümumilikdə 110 sot torpaq sahəsi satması barədə iddialara münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Q.Salahzadə Pravda.az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

“Mən həyatda Vasif Talıbov adlı adam görməmişəm və tanımıram. Övladlarına da heç bir torpaq sahəsi satmamışam. Üstəlik, onların heç nəsillərindən də bir nəfər belə adam tanımıram. Məni şərləmək üçün belə deyirlər. Vasif Talıbova nə torpaq satmışam, nə də onun nəslindən kimisə tanımıram. Ümumiyyətlə, Vasif Talıbovun Bilgəh qəsəbəsində torpağı yoxdur, yalan deyirlər. Son zamanlar böyük fırıldaqçı dəstələr belə şərləməklə məşğul olurlar. Əhalini müxtəlif yollarla aldadırlar…”, – Qalib Salahzadə bildirib.