Şeyxülislam: Dağıdılan 64 məscid bərpa olunacaq və hər birindən azan səsi gələcəkbackend

Şeyxülislam: Dağıdılan 64 məscid bərpa olunacaq və hər birindən azan səsi gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heyifslənirəm ki, Azərbaycandan olan bəzi insanlar torpaqlarımızın azadlığına o qədər də sevinmirlər. Bəlkə də, onlar hətta məğlubiyyət istəyirdilər. Arzu edərdim ki, onlar başa düşsünlər ki, Vətən, torpaq ana qədər qiymətlidir”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Bəlkə də, cavandırlar başa düşmürlər. Hesab edirəm ki, onlar bunu başa düşəcəklər və geri qayıdacaqlar. Prezident İlham Əliyevin fədakarlığı bir daha bütün Azərbaycan xalqına fərəh yaşadır və gələcəyə ümid yaradır. İnanırıq ki, bu torpaqlar çiçəklənəcək və azan səsləri gələcək. Təbii ki, Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük zəhmətləri var. İnanıram ki, dağıdılan 64 məscid bərpa olunacaq və oradan azan səsi gələcək”.