Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıbbackend

Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Çin liderinin çıxışı CCTV telekanalının efirində yayımlanıb.

Si Cinpin deyib ki, hərbçilər “müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı döyüş hazırlığını təmin etməlidirlər”. O həmçinin qeyd edib ki, Çin əsgərləri “öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər”.

ÇXR sədri müvafiq bəyanatla Çin hərbçilərinin Tayvan yaxınlığında genişmiqyaslı təlimlər keçirməsindən bir neçə gün sonra çıxış edib.