Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bildirib ki, hakim Kommunist Partiyası daxilində daxili ziddiyyətlər qaçılmazdır, ona görə də nizam-intizamın bərqərar olması vacibdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Xarici mühitdə və partiyanın tərkibində dəyişikliklər istər-istəməz partiya daxilində müxtəlif konfliktlərə, problemlərə gətirib çıxaracaq. “Partiyanın daim enerji və canlılıqla dolması üçün hər cür mənfi təsirləri vaxtında aradan qaldırmaq lazımdır”, – deyə lider qeyd edib.
Qeyd olunur ki, sədrin açıqlamaları Çin Xalq Azadlıq Ordusunun rəhbərliyinə qarşı bir sıra araşdırmaların aparılması fonunda səsləndirilib.