Si Cinpin Şolz ilə görüşübbackend

Si Cinpin Şolz ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Prezidenti Si Cinpin üçgünlük rəsmi səfərlə Çində olan Almaniya kansleri Olaf Şolzu Pekində qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, görüş çərşənbə axşamı, aprelin 16-da səhər Pekindəki Diaoyutai dövlət iqamətgahında baş tutub.

Almaniya kansleri aprelin 14-də Çinə gəlib. Bu səfər Şolzun ​​Almaniya hökumətinin başçısı olaraq ikinci və 2024-cü ildə Qərb liderinin Çinə etdiyi ilk səfər idi.

Bundan əvvəl Şolz bildirib ki, Çin prezidenti Si Tsinpinlə gözlənilən görüş zamanı Ukraynadakı münaqişə kontekstində Rusiyaya hərbi yardım göstərilməməsi üçün müraciət edəcək.