Misirli Selma və Sare adlı siam əkizləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 17 saatlıq uğurlu əməliyyatla ayrılıblar.
NOCOMMENT.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Misir siam əkizləri kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə əməliyyat olunub.
Siam əkizlərini ayırmaq üçün əməliyyatlarda olan tibbi və cərrahi qrupun rəhbəri Dr. Abdullah bin Əbdüləziz ər-Rabia əkizlərin ölkəyə 23 noyabr 2021-ci ildə gətirildiyini bildirib.
Rabia Əməliyyatda uşaq və plastik cərrahiyyə, anesteziya və digər əlaqəli bölmələrdən ibarət 31 mütəxəssisdən ibarət bir qrupun iştirak etdiyini bildirib.
NOCOMMENT.AZ