Sibiga: Rusiyaya qarşı sanksiyalar yaxın həftələrdə sinxronlaşdırılacaqbackend

Sibiga: Rusiyaya qarşı sanksiyalar yaxın həftələrdə sinxronlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, qarşıdakı həftələrdə Rusiyaya qarşı bütün beynəlxalq sanksiyaların sinxronlaşdırılması həyata keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı mövqeyi “realist və qəti” xarakter daşıyır. Nazir qeyd edib ki, Moskva münaqişəni uzadır və atəşkəsə razılaşmır.

Sibiqa hesab edir ki, Rusiyaya qarşı sanksiya tədbirlərinin maksimum dərəcədə uyğunlaşdırılması son dərəcə vacibdir və bu məqsədlə əlverişli məqam yetişib.