Macarıstan qurumlardan çıxmaq qərarına gəlsə, Kiyev Avropa İttifaqı və NATO-da boş yeri tutmağa hazırdır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bəyanatında deyilir.
Onun sözlərinə görə, Macarıstan rusiyapərəst mövqeyini qəbul etməli və KTMT-yə qoşulmalıdır.
“Macarıstan ABŞ-nin Avropanın enerji bazarına girişini əngəlləyir. Budapeşt bu yolla Rusiyanı gücləndirmək istəyir”, – nazir qeyd edib.